ICESCO yaxın aylarda azad edilən ərazilərə yeni missiya göndərəcək

A- A A+

ICESCO yaxın aylarda Azərbaycanın azad edilən ərazilərinə yeni missiya göndərəcək.

NUHÇIXAN xəbər veri ki, bu barədə jurnalistlərə açıqlamsında Azərbaycanın Mərakeşdəki fövqəladə və səlahiyyətli səfiri, ICESCO yanında Daimi nümayəndəsi Nazim Səmədov məlumat verib.

Diplomat xatırladıb ki, ICESCO azad olunmuş ərazilərdə Azərbaycanın mədəni irsinin vəziyyətinin öyrənilməsi ilə bağlı beynəlxalq ekspertlərdən ibarət ilk missiyanı 2022-ci ildə göndərib:

"Müharibə vaxtında azad olunmuş ərazilərdə yerləşən mədəni irsimizlə bağlı ekspertlərin hazırladığı hesabat hazırda beynəlxalq məhkəmələr tərəfindən öyrənilir və ona istinadlar edilir. 2023-cü ilin sentyabrda keçirilmiş antiterror tədbirlərdən sonra ICESCO tərəfimizdən ikinci missiyanın bölgəyə göndərilməsi ilə bağlı müraciət olunub və yaxın aylarda beynəlxalq ekspertlərdən ibarət ikinci missiya bu bölgəyə səfər edəcək".

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: