Van Qoqun əsəri Maastrixt incəsənət yarmarkasında 4,5 milyon avroya satılıb

A- A A+

Van Qoqun 1884-cü ildə çəkdiyi “Ağ papaqlı kəndli qadın” portreti Maastrixtdə keçirilən Avropa İncəsənət Yarmarkasında (TEFAF) satılıb. NOS telekanalının məlumatına görə, portreti alan şəxs 4,5 milyon avrodan çox pul ödəyib.

NUHÇIXAN  TASS informasiya agentliyinə istinadla xəbər verir ki, əsər Yeni Orleanda yerləşən M.S. RAU qalereyası tərəfindən satışa çıxarılıb.

TEFAF martın 14-dək davam edəcək. Builki yarmarkada 22 ölkədən 270-dən çox qalereya və antikvar ticarəti ilə məşğul olanlar iştirak edir. Onlar rəsmlər, heykəllər, zərgərlik məmulatları, fotoşəkillər və s. təklif edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: