Naxçıvanda direktor və direktor müavini vəzifələrinə işə qəbul üçün imtahan keçirilir

A- A A+

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,martın 14-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə direktor və direktor müavini vəzifələri üçün 28 dekabr 2023-cü il tarixdə elan olunmuş işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayıb. 14-16 mart tarixləri arasında baş tutan müsahibə mərhələsi Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin binasında keçirilir. Müsahibə mərhələsində, ümumilikdə 34 nəfər iştirak edir.

Müsahibə Komissiyası tərəfindən ən azı 20 dəqiqə ərzində namizədin ixtisası üzrə bilik və bacarığı, məktəb idarəetməsi ilə bağlı qanunvericilik bilikləri, ünsiyyət və təqdimetmə bacarığı və müvafiq meyarlar üzrə digər bilikləri yoxlanılır.

Müsahibə mərhələsində komissiya namizədləri müvafiq meyarlar əsasında 5 ballıq  sistemlə qiymətləndirir, namizəd meyarlar üzrə ortalama 3 bal topladıqda bu mərhələni uğurla keçmiş sayılır.

 Müsabiqənin nəticəsi barədə məlumat Nazirliyin rəsmi səhifəsində (nculture.gov.az) paylaşılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: