Mənsum İbrahimov: Qarabağda əbədi yaşayacağıq - VİDEO
Qarabağda əbədi yaşayacağıq.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri xanəndə, Azərbaycanın Xalq artisti Mənsum İbrahimov deyib.
"Şükür bu günə, artıq Ağdam tikilir, qurulur, yollar çəkilir. Bu gün Ağdamda böyük bir Muğam Mərkəzi tikilir. Çox sevindirici haldır. Ağdam hər zaman Qarabağın bir mədəniyyət mərkəzi rolunu oynayıb. Əlbəttə, arzularımız böyükdür. Mən düşünürəm ki, inşallah, Ağdamımızda Milli Konservatoriyamızın filialı açılacaq", - o bildirib.
Tezliklə Ağdama da Böyük Qayıdışın başlanacağını qeyd edən M.İbrahimov orada yenidən həyatın qaynayacağına, insanların rifahının yüksələcəyinə və onların Qarabağda əbədi yaşayacaqlarına inamını ifadə edib.
Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.
Xalq artisti Mənsum İbrahimovun iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik: