Türkiyənin Kayseri şəhərində Naxçıvan Muxtar Respublikasının 100 illiyi qeyd edilib - VİDEO

A- A A+

Aprelin 7-də Türkiyə Respublikasının  Kayseri şəhərində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Kayseri şəhəri Talas Bələdiyyəsinin təşkilatçılığı ilə “Şuşa”Azərbaycan Evinin açılış mərasimi keçirilib, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyi qeyd olunub.

Açılış mərasimində  əvvəlcə "Şuşa" Azərbaycan evinin ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət olunub, önünə güllər düzülüb. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Açılış mərasimindəTalas qəsəbəsinin bələdiyyə sədri Mustafa Yalçın mərasim iştirakçılarını Kayseridə Şuşa Azərbaycan Evinin açılışı münasibətilə təbrik edib, Şuşa ilə qardaşlaşmış şəhər olan Kayseridə Azərbaycan Qardaşlıq Parkının və Şuşa Azərbaycan Evinin yaradılması ideyası haqqında məlumat verib.

NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının hazırladıqları videomaterialı təqdim edir:

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: