Azərbaycan Rusiyanın Sverdlovsk sakinlərinin may bayramlarında səfərə gedə biləcəyi ölkələrin ilk dördlüyünə daxil olub.
NUHÇIXAN-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, səyahətçilər mayın 9-dan 12-dək Azərbaycan, Özbəkistan, Türkiyə və Belarusa səfər edə biləcəklər.
Rusiyanın avia, dəmir yolu, həmçinin avtobus biletlərinin satışı və hotel axtarışı üzrə fəaliyyət göstərən xidmət “Yandex Səyahət”in əməkdaşları qeyd ediblər ki, bunun üçün rusiyalılara cəmi 80 min rubl (1 500 manata yaxın) büdcə tələb olunur.
Xidmət qeyd edir ki, Sverdlovsk turistləri üçün Azərbaycan onunla əlverişlidir ki, bu ölkəyə getmək üçün vizaya ehtiyac yoxdur.
Xidmət rusiyalı qonaqlar üçün Bakıda Heydər Əliyev Mərkəzini, Şirvanşahlar Muzey-Restoranını görməyə məsləhər görür. Həmçinin, qonaqlar Dənizkənarı Bulvarı gəzə və yerli mətbəxdən yeyə bilərlər.
Mayın 9-dan 12-dək Yekaterinburq-Bakı-Yekaterinburq reysinə biletlərin qiyməti 45 100 rubl (819 manat) təşkil edir. Yerli bir hoteldə iki nəfərlik otaqda üç gecə isə 15 500 rubldan (282 manatdan) başlayacaq.