Azərbaycan Respublikası Prezidentinin “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” 2024-cü il 21 fevral tarixli Sərəncamına əsasən Qoruğun sərhədləri və mühafizə zonasının, Qoruğun ərazisinin xüsusi rejimi ilə bağlı təkliflərin hazırlanması ilə əlaqədar Komissiya yaradılıb, bu sahədə işlərə başlanılıb.
NUHÇIXAN xəbər verir ki, artıq komissiya tərəfindən Qoruğun sərhədlərinin və mühafizə zonasının müəyyənləşdirilməsi və xəritəsinin hazırlanması istiqamətində işlər yekunlaşdırılıb.
Belə ki, Qoruğun sərhədlərinin və mühafizə zonasının döngə nöqtələrinin koordinatları müəyyən edilərək xəritədə təsviri hazırlanıb. Ordubad şəhərinin yerquruluşu planı və şəhərin ünvan xəritəsi əsasında Qoruğun sərhədləri 2 400 693 kvadrat metr müəyyən edilib. Qoruğun mühafizə zonasının uzunluğu 9.79 km, ərazisi 11.81 ha-da qərarlaşdırılıb. “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun mühafizə zonası ilə birlikdə ümumi sahəsi 2518710 kv. metr (251.87 ha) təşkil edib. Həmçinin komissiya tərəfindən Qoruğun ərazisinin xüsusi rejimi ilə bağlı təkliflər hazırlanaraq təqdim edilib.
Eyni zamanda, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üzrə Dövlət Proqramı”ında qarşıya qoyulan məsələlərin icrası ilə bağlı Ordubad şəhərində yerləşən “Ərbabın evi” və ona bitişik binanın bərpasının layihələndirilməsi istiqamətində də iş aparılıb, kotirovka elan edilib.