Naxçıvan Dövlət Universiteti və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə Muğam axşamı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilən konsertdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayaraq Azərbaycan Milli Konservatoriyası ilə əməkdaşlıq münasibətlərindən danışıb. Keçirilən konserti muxtariyyətin 100 illiyinə dəyərli töhfə kimi qiymətləndirən Elbrus İsayev konsert iştirakçılarına xoş dinləmələr arzulayıb.

Sonra Azərbaycan Respublikasının Xalq artisti, Şöhrət və Şərəf ordenli, professor Mənsum İbrahimov, Azərbaycan Respublikasının Əməkdar artisti Təyyar Bayramov, Muğam Televiziya müsabiqəsinin qalibləri Günay İmamverdiyeva, Gülzar Fərəcova və Rəvanə Əmiraslanlının ifalarında bir-birindən zəngin xalq mahnıları və muğamlar səsləndirilib.

Dəyərli xanəndələri tarda Azərbaycan Respublikasının Xalq artisti Elçin Həşimov, kamanda Azərbaycan Respublikasının Əməkdar artisti Elnur Əhmədov, nağarada Azərbaycan Respublikasının Əməkdar artisti Kamran Kərimov, zərb alətində Naxçıvan Dövlət Universitetinin tələbəsi, Beynəlxalq müsabiqə Qran-pri mükafatçısı Nəcəf Hacılı, elektro pianoda Naxçıvan Dövlət Universitetinin müəllimi Ziya Fətullayev müşaiyət ediblər.

Səsləndirilən ifalar dinləyicilər tərəfində alqışlarla qarşılanıb.

Sonda xatirə şəkilləri çəkilib.

 

Məmmədbağır Dünyamalıyev

NDU-nun Media və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: