Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyunun 11-də Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Daşkənddə səfərdə olan mədəniyyət naziri Adil Kərimlini qəbul edib.
Mədəniyyət Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, Adil Kərimli Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını dövlət başçısına çatdırıb.
Görüşdə Özbəkistanla Azərbaycan arasında strateji tərəfdaşlıq və humanitar sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
Bildirək ki, Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri iyunun 14-dək davam edəcək.