“Dünya nura boyandı” və “Bütün dünya sən yaşayan küçədir” kitablarının təqdimatı keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, A.Babayev adına Uşaq kitabxanası, 2 nömrəli Mədəniyyət evinin və Heyran xanım adına “Zərif qadınlar” Ədəbi məclisinin birgə təşkilatçılığı ilə şairə Məftunə Nurun (Hüseynbəyli) “Dünya nura boyandı” və “Bütün dünya sən yaşayan küçədir” kitablarının təqdimatı keçirilib.
Tədbirdə A. Babayev adına Uşaq Kitabxanasının direktoru Ruzi Süleymanov açaraq kitabxanalarda uşaq ədəbiyyatının önəmindən bəhs edib.
Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyinin sədri Asim Yadigar Naxçıvan ədəbi mühitində uşaq ədəbiyyatı mövzusunda çıxış etmiş, həmçinin Məftunə Nurun həyat və yaradıcılığından, “Danışan baxışlar” “Nə qədər ki məhəbbət var”, “ Dünya nura boyandı” və “Bütün dünya sən yaşayan küçədir”kitabları haqqında fikirlərini bildirib. Filologiya üzrə elmlər doktoru, professor Sədaqət Həsənova da “Məftunə Nur”un yaradıcılığı haqqında çıxış edib, müəllifin şeirlərindəki dil üslübu və təqdimatı olan kitablar haqqında fikirlərini bildirinb. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Qafar Qərib “Bütün dünya sən yaşayan küçədir” kitabında vətənpərvərlik, yurd sevgisi, saf məhəbbət və fəlsəfi mövzular haqqında fikirlərini söyləyib. Heyran xanım adına “Zərif qadınlar” Ədəbi Məclisinin üzvü Süsən Kərimli “Dünya nura boyandı” kitabından bəhs edərək uşaqlara milli-mənəvi dəyərlərin aşılamasında kitabdakı şeirlərin, laylaların, oxşamaların əhəmiyyətini qeyd etmişdir.
Həmçinin tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikasının hakimləri İlqar Mirzəyev, Fərman Abbasov, “Zərif qadınlar” ədəbi məclisinin üzvləri Banu Musayeva, Sona Teymurbəyli, Rəqsanə Tapdıqlı, Sevinc Azadlı, Əzizə Həsənova təqdimatı olan kitablar haqqında fikirlərini bölüşüblər.
Sonda Məftunə Nur çıxış edərək dəyərli fikirlər üçün minnətdarlığını bildirmişdir.