İtaliyanın populyar “Alidicarta.it” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Məhsəti Gəncəvinin italyan dilinə tərcümə edilmiş rübailərinin yayımına başlayıb.
Dövlət Tərcümə Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan rübailərin italyan dilinə tərcümə müəllifi tanınmış italyan tərcüməçisi və filoloqu Olqa Mazzinadır.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində Dante Aligyeri, Françesko Petrarka, İtalo Kalvino, Covanni Bokaçço, Pablo Neruda kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.