Gənclər xatirə muzeyində olublar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, bu gün gənclərin vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, onların tarixi abidələrlə yaxından tanış olması, tariximizin unudulmaması və gələcək nəsillərə çatdırılması məqsədilə gənclərin Xatirə Muzeyinə ekskursiyası təşkil olunub. Muzeyin bələdçisi gənclərə muzey haqqında məlumat verərək bildirib  ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 1997-ci ildə yaradılıb və  Şəhidlər Muzeyi adı ilə fəaliyyət göstərib. 8 avqust 2000-ci ildə isə muzeyin adı dəyişdirilərək Xatirə Muzeyi adlandırılıb. Hazırda muzeydə 2000-dən çox eksponat var. Onlardan 350-ə qədəri ekspozisiyada nümayiş etdirilir. Xalqımızın torpaqlarımızın azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizəni əks etdirən sənədlər, tarixi eksponatlar gənclərdə maraq oyadıb. Gənclərə qəhrəmanlıq və qürur tariximiz olan 20 Yanvar faciəsi haqqında da geniş məlumat verilib. Naxçıvan Muxtar Respublikasının sərhədlərində baş verən döyüşlərdə Vətən oğullarının erməni işğalçıları ilə mübarizəsindən bəhs edən eksponatlar haqqında da gənclərə ətraflı məlumat verilib. Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuş ekskursiyada 20 nəfər gənc iştirak edib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: