Gənclərin Xatirə Muzeyinə ekskursiyası təşkil olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman,Mədəniyyət nazirlikləri və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə gənclərin Xatirə Muzeyinə ekskursiyası təşkil olunub.  Naxçıvan Musiqi Kollecinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzinin kollektivlərinə  muzey haqqında məlumat verilib. Qeyd olunub ki, muzeydə Naxçıvan torpaqlarında erməni daşnaklarının törətdiyi qanlı cinayətləri, soyqırımları əks etdirən sənəd və materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar mühafizə və nümayiş edilir. Azərbaycanın suverenliyi uğurunda  gedən döyüşlərdə canından keçən oğulların fotoşəkilləri və şəxsi əşyaları qorunub saxlanılır. Muzeydə esponatların dövrləşdirilərək yerləşdirilməsi bura gələn qonaqların qəhrəmanlıq tariximiz haqqında ətraflı məlumat almasına imkan verir.

Qeyd edək ki, muzeydə iki minə yaxın eksponat var ki,  bunların da 400-­dən çoxu ekspozisiyada  nümayiş etdirilir.

Kollektivlər qəhrəmanlıq tariximizi əks etdirən muzeydən zəngin təəssüratlarla ayrılıb. 

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: