Ali təhsil ocağının kollektivi Şahtaxtinskilər Muzeyində olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, muzey günləri çərçivəsində Naxçıvan Dövlət Universitetinin kollektivi Şahtaxtinskilər muzeyində olub. Ziyarətçilərə məlumat verilib ki,  muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  2010-cu il 9 fevral tarixli sərəncamına əsasən yaradılıb.  Muzeydə Şahtaxtinskilər nəslinin görkəmli nümayəndələrinin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlar nümayiş olunur. Bildirilib ki, Azərbaycanda səhiyyənin, təhsilin, dövlət quruculuğunun və hərb sənətinin inkişafında bu nəslin xüsusi yeri və böyük rolu olub. Şahtaxtinskilər nəsli son iki əsr ərzində Azərbaycanın elmi və ictimai-siyasi mühitinə tanınmış diplomat, dövlət xadimi, beynəlxalq Moskva və Qars müqavilələrin bağlanmasında müstəsna xidmətləri olan Behbud ağa Şahtaxtinski, görkəmli publisist və ictimai xadim Məhəmməd ağa Şahtaxtinski, Azərbaycanın dövlət xadimlərindən Həmid ağa Şahtaxtinski və görkəmli rəssam Elmira Şahtaxtisnkaya kimi şəxsiyyətlər bəxş edib.

Vurğulanıb ki,  iki ekzpozisiya, iki yardımçı otaq olan muzeydə  151 eksponat nümayiş etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Görkəmli ictimai xadim, publisist və maarifçi Məhəmməd ağa Şahtaxtinskinin anadan olmasının 160 illiyinin  qeyd olunması və xatirəsinin əbədiləşdirilməsi haqqında" 2006-cı il 27 fevral tarixli, "Şahtaxtinskilər muzeyinin yaradılması haqqında" 2010-cu il 9 fevral tarixli sərəncamları muzeyin  ekzpozisiyasında sərgilənir. Şahtaxtinskilər haqqında məlumatlar, onların  şəcərəsi, əlyazmaları, müasirlərinin fotoşəkilləri və digər eksponatlar bütöv bir ziyalı nəsli haqqında dolğun  təəssürat yaradır.

Qonaqlar muzeydən zəngin təəssüratlarla ayrılıblar.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: