Azərin Türkiyə Prezidentinin də olduğu konsertdə tamaşaçıları “boz qurd” jesti ilə salamlayıb

A- A A+

Azərbaycanın Xalq artisti Azərin Ankarada Demokratiya və Milli Birlik Gününə həsr olunmuş konsertdə çıxışı zamanı tamaşaçıları “boz qurd” jesti ilə salamlayıb.

NUHÇIXAN xəbər verir ki, konsertdə iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan məşhur “Çırpınırdı Qara dəniz” mahnısını ifa edən azərbaycanlı müğənnini alqışlayıblar.

Türkiyənin aparıcı mediası Azərinin çıxışının videosunu paylaşaraq, dövlət başçısının reaksiyasını əks etdirən görüntüləri də təqdim edib.

Qeyd edək ki, Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında (Avro-2024) Türkiyə millisinin futbolçusu Merih Demiralın bir müddət əvvəl göstərdiyi “boz qurd” jesti UEFA-nın qalmaqallı qərarına səbəb olmuşdu.

Prezident Ərdoğan şəxsən UEFA-nın mövqeyini pisləyib və Demiralın iki oyunluq cəzalandırılması qərarını “siyasi motivli” adlandırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: