Naxçıvanlı rəssamlar Bəhruz Kəngərli muzeyində olublar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Azərbaycanın milli rəsm sənətinin görkəmli simalarından olan, ilk realist fırça ustası Bəhruz Kəngərlinin anadan olmasından 127 il ötür. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin kollektivi Bəhruz Kəngərli Muzeyini ziyarət ediblər.

Kollektiv əvvəlcə Naxçıvan şəhərindəki Bəhruz Kəngərli adına Rəssamlar Parkında rəssamın  abidəsi önünə gül dəstələri düzüblər. Sonra muzey ziyarət olunub.

Muzeylə tanışlıq zamanı məlumat verilib ki, Azərbaycan boyakarlığında realizmin əsasını qoyan Bəhruz Kəngərlinin əsərlərində zəngin lirika, nikbin əhval-ruhiyyə duyulur. Bu isə rəssamın vətənə, təbiət gözəlliklərinə bəslədiyi sönməz məhəbbətindən qaynaqlanır.

Bildirilib ki, Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradılıb.

Vurğulanıb ki, muzeyin saytı bu mədəniyyət ocağının ekspozisiyası ilə dünyanın istənilən yerindən tanış olmaq imkanı yaradır. Buna görə də həm Bəhruz Kəngərli Muzeyi, həm də Rəssamlar Parkı yerli sənətsevərlər, eyni zamanda turistlərin mütəmadi ziyarət etdiyi məkanlardan biridir.

Bildirilib ki, muzey tarixi binada yerləşir. Ötən əsrin əvvəllərində inşa edilən bina ilk vaxtlar Qızlar Məktəbi, sonrakı dövrlərdə isə Pedaqoji Texnikum və Tibb Məktəbi kimi fəaliyyət göstərib. Ümummilli liderimiz Heydər Əliyev 1938-1939-cu illərdə burada yerləşən Pedaqoji Texnikumda təhsil alıb və məktəbi əla qiymətlərlə bitirib. Ona görə də ümummilli liderimizin xatirəsinin əbədiləşdirilməsi üçün binaya xatirə lövhəsi vurulub və muzeydə Heydər Əliyev xatirə otağı yaradılıb.

 

Röyal Kərimov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: