Türkiyənin “Sabah” qəzetinin saytında Azərbaycan keçirilən “Dream Fest – 2024” Beynəlxalq musiqi festivalı haqqında məqalə dərc edilib.
NUHÇIXAN xəbər verir ki, şənbə günü dərc edilmiş “Azərbaycan musiqi festivalı ilə dünyanı heyran edir” sərlövhəli məqalədə Xəzər dənizi sahilində genişmiqyaslı mədəniyyət tədbirinin təşkilinə yüksək qiymət verilir.
Məqalədə mənzərəli “Sea Breeze” istirahət mərkəzində 100-dən çox məşhur artistin canlı şoularına və çıxışlarına diqqət yönəldilir.
Dünya ulduzu Riki Martinin Azərbaycanda çıxışına diqqət yetirilir.
Qeyd olunur ki, “Sea Breeze” istirahət mərkəzində musiqisevərlər qarşısında digərləri ilə yanaşı Türkiyənin populyar rep müğənniləri Zen-G və Ati242 çıxış ediblər.
Məqalənin müəllifi Hakan Uç konsert proqramının yüksək hazırlıq səviyyəsini vurğulayıb. “Misilsiz miqyaslı “Dream Fest” festivalı parlaq təəssüratlar və emosiyalarla yadda qalacaq”, - deyə nəşrdə deyilir.