“Euronews” telekanalının ispandilli versiyasının saytında Naxçıvandakı Haçadağ barədə məqalə yerləşdirilib
Naxçıvanda yerləşən Haçadağ Azərbaycanın ən məşhur simvollarından biri sayılır. Onun yamacının bir hissəsində orta əsrlərdə yaşayış məskəni də olub.
Haçadağ həmişə sirli yer kimi tanınıb. Əfsanəyə görə, Nuh peyğəmbərin gəmisi məhz bu dağa toxunub. Həmçinin məqalədə qeyd olunur ki, Haçadağ həm də Naxçıvanın rəmzidir.
NUHÇIXAN xəbər verir ki, məqalə ispandilli oxucuların böyük marağına səbəb olub və bir neçə min dəfə oxunub.