Özbəkistanda “Nizami Gəncəvi haqqında hər şey” adlı respublika müsabiqəsinə start verilib

A- A A+

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti və Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti 2019-cu il üçün iş planına uyğun olaraq “Nizami Gəncəvi haqqında hər şey” adlı respublika müsabiqəsinə start verib.

NUHÇIXAN xəbər verir ki, müsabiqəyə “Nizami Gəncəvi əsərlərinin bilicisi”, “Bədahətən Nizami Gəncəvi qəzəlləri”, “Nizami Gəncəvi irsinin davamçılarının yaradıcılığı” və s. nominasiyalar daxil edilib.

Müsabiqədə tələbələrlə yanaşı, Özbəkistan ali məktəblərinin müəllimlərinə və elmi işçilərə də iştirak etmək imkanı verilib.

Münsiflər heyətində universitetin alimləri, AMM-nin və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti rəhbərliyi təmsil olunur.

Müsabiqəsi iki mərhələdə keçiriləcək. Birinci mərhələ bu il fevral ayının sonuna qədər icra olunacaq və birinci yeri tutan müəllim və tələbələr ikinci mərhələdə iştiraklarını təmin edəcəklər. İkinci mərhələ isə mart ayının 21-də Novruz bayramı tədbirində başa çatacaq.

İlk üçlüyü qazanan qaliblər Mədəniyyət Mərkəzinin xüsusi mükafatı, Nizami Gəncəvinin özbək dilinə tərcümə edilmiş kitabları və hər üç təşkilatın fəxri diplomları ilə təltif olunacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: