Özbəkistan portalında 2019-cu ilin Azərbaycanda “Nəsimi İli” elan olunması ilə bağlı məqalə yerləşdirilib

A- A A+

Özbəkistanın kultura.uz portalında Azərbaycanda “Nəsimi İli” elan olunması ilə bağlı rus dilində “İmadəddin Nəsimi: məndə sığar iki cahan” sərlövhəli məqalə yerləşdirilib.

NUHÇIXAN xəbər verir ki, yazıda bu il böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edildiyi bildirilir. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 11-də 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması haqqında Sərəncam imzalayıb. Diqqətə çatdırılır ki, Azərbaycanla yanaşı, digər ölkələrdə də bununla bağlı müxtəlif tədbirlər keçiriləcək.

Bildirilir ki, Azərbaycanın Şamaxı şəhərində anadan olan Nəsimi dünya ədəbiyyatı tarixinə fəlsəfi poeziyanın əsasını qoyan şair kimi düşüb. Şair həm də Azərbaycanda divan ədəbiyyatının yaradıcısı kimi məşhurdur. Nəsimi klassik Azərbaycan poeziyasının demək olar ki, bütün janrlarında əsərlər yaradıb. Şair hələ uşaq vaxtlarından riyaziyyat, astronomiya, məntiq və teologiya elmlərini öyrənib. O, Şərqin bütün məşhur şair və filosoflarının əsərləri ilə tanış idi.

Yazı Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə hazırlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: