“Eurovision-2019” beynəlxalq mahnı müsabiqəsinin təşkilatçıları müsabiqənin dörd aparıcısının adlarını açıqlayıblar.
NUHÇIXAN “Eurovision-2019” rəsmi saytına istinadla xəbər verir ki, mahnı müsabiqəsini israilli supermodel Bar Rafaeli, şoumen və prodüser Erez Tal, televiziya aparıcısı Assi Azar və şairə Lyusi Ayyub aparacaqlar. Təşkilatçılar əlavə ediblər ki, müsabiqəni 2017-ci ildə Kiyevdə kişilər, 2018-ci ildə Lissabonda isə qadınlar aparıb və 2019-cu ildə aparıcıların tərkibində hər iki cinsin nümayəndəsinin təmsil olunması qərara alınıb.
“Eurovision-2019” beynəlxalq mahnı müsabiqəsinin yarımfinalı mayın 14-16-da, finalı isə həmin ayın 18-də İsrailin Təl-Əviv şəhərində keçiriləcək.