Kollektivlər muzeylərdə olublar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, muxtar respublikada fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər təşkilat və qurumların əməkdaşlarının muxtar respublikadakı muzeylərə ekskursiyaları davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin kollektivi "Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini ziyarət edib. Burada kollektivə muxtar respublikanın ərazisində aşkarlanan tarixi əşyalar haqqında ətraflı məlumat verilib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin kollektivi Əlincəqala Tarix Mədəniyyət Muzeyini ziyarət edib və kollektiv muzeylə yaxından tanış olub. Kollektiv həmin gün Gülüstan türbəsini də ziyarət edib.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi Dövlət Xalça Muzeyində olub. Məlumat verilib ki, muzeyin fondunda 3 mindən çox maddi-mədəniyyət nümunəsi var. Ekspozisiyada nümayiş etdirilən Günnüt xalçaları daha çox diqqəti çəkib.
Nəbatat bağını ziyarət edən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin kollektivinə məlumat verilib ki, burada ayrı-ayrı flora nümunələri üçün sahələr, təcrübə yerləri, nadir bitkilər kolleksiyası, tingçilik sahələri, həmçinin meyvə genefondu bağı yaradılıb.
Ədəbiyyat muzeyini ziyarət edən Naxçıvan Muxtar Respublikası Prokurorluğunun kollektivinə Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmalar, tətbiqi və təsviri sənət nümunələri, qədim və müasir kitablar, qəzet, jurnal, xatirə əşyaları və digər muzey materialları barədə ətraflı məlumat verilib.
Naxçıvan Dövlət Tarix Muzeyində olan Ədliyyə Nazirliyinin kollektivinə məlumat verilib ki, burada nümayiş etdirilən eksponatların hər biri tariximizdən, mədəniyyətimizdən xəbər verir.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin kollektivi Dövlət rəsm qalereyasını ziyarət edib. Burada kollektivə qalareyanın yaradılması və fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Cəlil Məmmədquluzadənin ev muzeyini ziyarət edən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin kollektivinə böyük ədibin həyat və yaradıcılığına aid eksponatlar və onun ailəsinə məxsus məişət əşyaları, o cümlədən yazıçının əsərləri, onun müasirlərinə aid sənədlər barədə ətraflı məlumat verilib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin kollektivi Dövlət Bayrağı Muzeyində olub. Məlumat verilib ki, Dövlət Bayrağı Meydanı və Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən yaradılıb.
Naxçıvan Muxtar Respublikası Təhsil, Mədəniyyət, Gənclər və İdman Nazirliklərinin kollektivləri Naxçıvan Biznes Mərkəzində olublar. Məlumat verilib ki, burada hazırda muxtar respublikanın 100-dən çox istehsal müəssisəsinin müxtəlif məhsulları nümayiş olunur. Kollektivlər ailə təsərrüfatı məhsullarından ibarət stendə maraqla baxıblar.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Xatirə muzeyini ziyarət edib. Bildirilib ki, Xatirə Muzeyi ermənilər tərəfindən törədilən soyqırımı qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman oğulların xatirəsini əbədiləşdirmək məqsədilə 2000-ci ildə yaradılıb.
“Qarabağlar Türbə Kompleksini ziyarət edən Kənd Təsərrüfatı Nazirliyinin kollektivinə xalqımızın həyat tərzini əks etdirən qədim məişət əşyaları, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri və başqa eksponatlar haqqında ətraflı məlumat verilib.
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının kollektivi Bəhruz Kəngərli muzeyini ziyarət edib. Muzey haqqında ətraflı məlumat verilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivi Naxçıvan Duz Muzeyini ziyarət edib. Muzeydə sənətkarların keramika, oyma və yandırma üsulları ilə ərsəyə gətirdiyi əl işləri ziyarətçilərdə maraq doğurub.
Heydər Əliyev Muzeyini ziyarət edən Dövlət Gömrük Komitəsinin kollektivinə dahi şəxsiyyətin zəngin ömür yolu, çoxcəhətli siyasi və dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib.
Naxçıvan Dəmiryolları MMC-nin, Naxçıvan Beynəlxalq Hava Limanının və Dövlət Nəqliyyat Xidmətinin kollektivi böyük mütəfəkkir Hüseyn Cavidin ev muzeyində olublar. Bildirilib ki, muzeydə dahi şəxsiyyətin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində şairin avtoqrafı olan əsərləri, tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları nümayiş etdirilir.
Cavid Səfərli