Azərbaycan noyabrın 21-23-də Özbəkistanda keçiriləcək Daşkənd Beynəlxalq Turizm Sərgisində (TİTF) iştirak edəcək.
NUHÇIXAN bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, sərgidə Azərbaycanın turizm potensialı və imkanları tanıdılacaq.
Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycana Özbəkistandan təxminən 30 min turist gəlib ki, bu da illik müqayisədə 20,9 % çoxdur.