Rusiyanın Əməkdar artisti Valentina Berezutskaya ömrünün 87-ci ilində dünyasını dəyişib.
NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Aktrisa karyerası ərzində 200-dən çox ekran əsərində rol alıb. O, “I əməliyyatı və Şurikin digər macəraları”, “Durnalar uçur”, “Əsgər haqqında ballada”, “Pokrov qapıları”, “Əlahəzrətin adyutantı” və başqa ekran əsərlərində oynadığı rollara görə tamaşaçıların rəğbətini qazanıb.