Özbəkistan KİV-lərində Azərbaycanla bağlı müsabiqə elan olunub

A- A A+

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü və Özbəkistandakı səfirliyimizin, habelə UzA Milli İnformasiya Agentliyinin dəstəyi ilə 2019-cu il üzrə Özbəkistan KİV-ləri arasında Azərbaycan mövzusunda müsabiqə elan edilib.

NUHÇIXAN xəbər verir ki, builki müsabiqə “İlin ən yaxşı televiziya verilişi”, “İlin ən yaxşı sənədli filmi”, “İlin ən yaxşı videoçarxı”, “İlin ən yaxşı səhnə əsəri”, “İlin ən yaxşı məqaləsi”, “İlin ən yaxşı nəşr layihəsi”, “İlin ən yaxşı tərcümə əsəri” və “İlin fəal tərcüməçisi” nominasiyaları üzrə müəyyən edilib.

2019-cu il ərzində Azərbaycan və Özbəkistan arasında dostluq əlaqələrini təbliğ edən ən fəal azərbaycanlı və özbək alimləri, diaspor nümayəndələri də müsabiqənin xüsusi mükafatlarına layiq görüləcəklər.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun verdiyi məlumata görə, qalib jurnalistlər hər ilin yay aylarında Azərbaycana təşkil olunan mediaturda iştirak etmək imkanı əldə edirlər. Onlar Bakıda və respublikamızın müxtəlif bölgələrində tarixi məkanlarda, mədəniyyət, turizm mərkəzlərində olur, orada çəkilişlər aparır, məqalələr hazırlayırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: