Naxçıvan teatrının hazırladığı "Odunçunun nağılı" tamaşası COP29-da nümayiş etdirilib - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində gerçəkləşən və dünyanın toplaşdığı COP29 beynəlxalq tədbirinə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı da layiqli töhfəsini verib.

Naxçıvan Dövlət Milli Dram Teatrının və Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin birgə layihəsi olan bu səhnə əsəri tamaşaçılar tərəfindən maraqla izlənilib. Tamaşanın əsas leytmotivini "yaşıl enerji"yə keçid, təbiətin mühafizəsi, ekoloji təmizliyə çağırış təşkil edir. Məqsəd "yaşıl enerji" mənbələrinin genişləndirilməsi, ətraf mühitin qorunması və karbon qazı emissiyalarının azaldılmasına diqqəti çəkmək, Azərbaycanın iqlim təşəbbüslərində təbliğatını gücləndirməkdən ibarətdir.  

Yazıçı Eluca Atalının "Odunçunun nağılı" folklor nümunəsi əsasında qələmə aldıği eyniadlı səhnə əsərində qalaktikada yaşıl ada olan planetimizdə ekologiyanın qorunması, Günəş işıgının, suyun, küləyin önəmli faktor olması aşılanır. Bu amil rejissor yozumunda incə ştrixlər, mühüm detallarla səhnə həllini tapıb.

Əsərdə hadisələr Xalanın Atanura nağıl danışması ilə başlayır. Xala nağıl danışdıqca sanki sehrli aləmə düşürük. Və bu sehrli aləmdə ağaclar rəqs edir, təbiət sanki dil açaraq danışır. Təbiətə ziyan vurmağa çalışan odunçunun məqsədi isə meşədə ağacları doğrayıb, onları bazarda satmaqdır. Xala ilə Atanur buna mane olur, hər ağacın nə qədər faydalı olduğunu odunçuya izah edir, onu məqsədindən çəkindirirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: