Fevralın 24-də Los-Anceles şəhərində keçiriləcək Amerika Kino Akademiyasının “Oskar” mükafatının təqdimetmə mərasimi aparıcısız olacaq.
NUHÇIXAN xəbər verir ki, bunu ABC telekanalının departament direktoru Keri Berk deyib.
Mükafatların mərasimə dəvət olunmuş məşhurlar tərəfindən təqdim ediləcəyini söyləyən Keri Berk bu ideyanın həm Amerika Kino Akademiyası, həm də mərasimi yayımlayacaq telekanal tərəfindən dəstəkləndiyini bildirib.
Qeyd edək ki, sonuncu dəfə bu mərasim 1989-cu ildə aparıcı olmadan keçirilib.