İordaniyalı professor: Ermənistanda azərbaycanlıların irsi yox olmaq təhdidi ilə üz-üzədir

A- A A+

Ermənistanda sistematik qaydada atılmış addımlar nəticəsində azərbaycanlıların irsi yox olmaq təhdidi ilə üz-üzədir.

NUHÇIXAN xəbər verir ki, bunu İordaniyanın Haşimi Universitetinin professoru Mohammed Vahib Hüseyn Qərbi Azərbaycan İcmasının təşkil etdiyi “Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” adlı II beynəlxalq konfrans çərçivəsində “Mədəni irsin bərpası və qorunması” mövzusunda keçirilən panel sessiyada deyib.

Milli kimliyin ciddi məsələ olduğunu qeyd edən professor Ermənistanda azərbaycanlıların yaratdığı mədəni irsin qorunmasının vacibliyinə diqqət çəkib.

"İrsin məhv edilməsinə cəhd Azərbaycanın kimliyinə vurulan zərbədir. Fikrimcə, Azərbaycan irsinin qorunması mükafatı təsis edilməlidir. Yaxud da Ermənistandakı Azərbaycan irsinin qorunması istiqamətində layihə həyata keçirilməlidir. Bununla insanlar həmin abidələri diqqətdə saxlayacaq və onlarla bağlı məsələləri vaxtaşırı gündəmə gətirəcəklər. Əgər bu tip addımlar atılmasa, irsi qorumaq da çətin olacaq", - iordaniyalı professor əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: