NUHÇIXAN xəbər verir ki, "Naxçıvan" Universitetində “Naxçıvan Muxtar Respublikasında Turizmin inkişafı: müasir vəziyyəti və perspektivləri” mövzusunda elmi praktik konfrans keçirilib.
Qeyd edilib ki, Azərbaycanın ən qədim yurd yerlərindən biri sayılan Naxçıvan böyük turizm potensialına malikdir. Muxtar respublikanın coğrafi mövqeyi, özünəməxsus iqlimi, flora və faunası, qədim tarixə malik mədəniyyət abidələri turizmin inkişafı üçün son dərəcə əlverişli şərait yaradır. Bu gün Naxçıvanın analoqu olmayan turizm potensialından səmərəli istifadə etmək məqsədilə mühüm işlər görülür. Şəhər və rayonlarda milli və müasir memarlığın nailiyyətlərini özündə cəmləşdirən infrastruktur yaradılır, tarixi yaddaşı əks etdirən qədim memarlıq abidələri bərpa edilərək əvvəlki görkəminə qaytarılır.
Sonra konfransda Naxçıvanın turizm potensialı geniş şəkildə müzakirə olunub.
Nuray Əsgərova