Süni nəfəs aparatına qoşulmuş aktyorun son durumu açıqlanıb

A- A A+

Süni tənəffüs aparatına qoşulmuş aktyor Azər Baxşəliyevin vəziyyətində dəyişiklik yoxdur.

Bu barədə NUHÇIXAN-a Azərbaycan Tibb Universitetinin (ATU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova bildirib.

O, qeyd edib ki, aktyorun vəziyyəti hələ də ağır olaraq qalır.

Hazırda onun müalicəsi ATU-nun Tədris Cərrahiyyə Klinikasında davam etdirilir.

Xatırladaq ki, A.Baxşəliyev yanvarın 2-də koma vəziyyətində ATU-nun Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: