NUHÇIXAN xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov 7 yanvar 2025-ci il tarixdə əmr imzalayıb.
Əmrə əsasən Mir Qabil Qafil oğlu Əkbərov Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Mir Qabil Əkbərov bu təyinatadək Naxçıvan Dövlət Milli Dram Teatrının baş rejissoru vəzifəsində çalışırdı.