Pompeydə yeni arxeoloji tapıntılar aşkarlanıb

A- A A+

İtaliyanın Pompey şəhərində təxminən iki min il vulkanik təbəqə altında qalmış qeyri-adi kəşf aşkar edilib.

NUHÇIXAN xəbər verir ki, arxeoloqlar burada indiyədək tapılmış ən böyük şəxsi hamam kompleksini aşkarlayıblar. İsti və soyuq otaqları, bənzərsiz divar bəzəkləri və böyük hovuzu ilə bura qədim Roma dövründə dəbdəbəli həyatın izlərini əks etdirir. Hamamın soyunub-geyinmə otağı qırmızı divarları, mozaika döşəmələri və daş oturacaqları ilə seçilir.

Hamam kompleksi iki ildir davam edən genişmiqyaslı qazıntılar nəticəsində iqamətgahın içərisində aşkar olunub. Burada böyük ziyafət zalı, ibadət üçün istifadə edilən kiçik otaq, camaşırxana və təndir, həmçinin kompleksin bir hissəsində isə skelet, qızıl-zinət əşyaları və sikkələr aşkarlanıb.

Xatırladaq ki, eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi Roma imperiyasının Pompey şəhərinin kül altında qalmasına və iki minədək insanın ölümünə səbəb olub. Neapol şəhərinin cənubundakı Pompey Arxeoloji Parkı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Pompey İtaliyanın ikinci ən çox ziyarət edilən turizm bölgəsidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: