Belarusda prezident seçkiləri ilə bağlı 5,3 mindən çox seçki məntəqəsi işə başlayıb.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə respublika Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Komissiya qeyd edib ki, 6,9 milyon Belarus seçicisi 5 325 seçki məntəqəsində səs verə biləcək ki, onlardan 207-si xəstəxana, sanatoriya, istirahət evləri və digər müvəqqəti yaşayış yerlərində, 12-si isə hərbi hissələrdə təşkil olunub. Səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq.
Seçici siyahılarına daxil edilmiş seçicilərin yarıdan çoxu iştirak etdikdə seçkilər baş tutmuş sayılır. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, yanvarın 21-dən 25-dək keçirilən erkən səsvermədə seçicilərin 41,81 faizi iştirak edib. Səsvermədə iştirak edən vətəndaşların yarıdan çoxu hansı namizədə səs versə, prezident seçilmiş sayılır. Kampaniyanı 44 000-dən çox yerli və 500 nəfərə yaxın beynəlxalq müşahidəçi izləyir.
Hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun rəqibləri Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç, sahibkar Anna Kanopatskaya, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankov və Əmək və Ədalət Respublika Partiyasının sədri Aleksandr Xindyardır.
2020-ci il prezident seçkilərində seçici fəallığı 84,28 faiz təşkil edib ki, bunun da 41,70 faizi vaxtından əvvəl səs verib. Həmin vaxt səsvermədə iştirak edən seçicilərin 80,10 %-i A.Lukaşenkoya səs verib.