“Beş manatlıq gəlin” tamaşası Şahbuz rayon sakinlərinə göstərilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şahbuz Rayon Mədəniyyət SarayındaBabək Rayon Xalq Teatrının görkəmli yazıçı-dramaturqM.S.Ordubadinin“Beş manatlıq gəlin” komediyası əsasında hazırladığı tamaşarayon sakinlərinə təqdim olunub.

Qeyd edək ki, Babək Rayon Xalq Teatrı muxtar respublikanın fəallığı ilə  teatr kollektivlərindəndir. 2009-cu ildə yaradılan xalq teatrının  bu il 10 illiyi tamam olur.Bu illər ərzində xalq teatrı həm dramatik, həm də komik mövzusu ilə səciyyələnən bir sıra əsərləri bacarıqla səhnəyə qoyub. Xalq teatrının istedadlı aktyorları bu tamaşalarda maraqlı obraz və personajlar yaradıblar.  Babək Rayon Xalq Teatrı daim repertuar zənginliyinə diqqət yetirir. “Yollara iz düşür”, “Şeyx Rəhmətulla”, “Ezop”, “Solğun çiçəklər”, “Bəxtsiz cavan”, “Xəcalət”,  “Ana”, “Unuda bilmirəm”, “İkinci səs”, “Yağışdan çıxdıq yağmura düşdük”, “Subaylarınızdan görəsiniz” və başqa tamaşalar ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Teatr bir sıra tamaşalarını ilə muxtar respublikanın başqa rayonlarında qastrol səfərlərində olub.

Görkəmli yazıçı-dramaturq M.S.Ordubadinin teatrda yeni səhnələşdirilən“Beş manatlıq gəlin” komediyasında hadisələr məişət mövzusuna həsr olunub. Tamaşanın quruluşçu rejissoru Yusif Əliyev, rejissoru isəAzərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəbli və musiqi tərtibatçısı Cabir Məmmədovdur.

Xalq teatrının aktyorları – Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəbli (Kəbleyi Hüseynli), Stella Babayeva (Səlbi), İsmayıl Qurbanov (Mirzə), Nuray Mehdiyeva (Naznaz), Rasim Qasımov (Qiyas), Ələkbər İsmayılov (Nadir), Yusif Əliyev (Mövsüm)komik surətləritəbii və canlı təqdim edirlər.Xalq teatrının bu aktyorları yaşlı və gənc nəslin nümayəndələri olan personajları özünəməxsus xarakterik cizgilərlə yarada biliblər.

Tamaşa Şahbuz rayonictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

Əli Rzayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: