Tanınmış rəssam Mənsur Əsgərlinin "Hisslərin yaddaşı" adlı fərdi rəsm sərgisi açılıb - YENİLƏNİB - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Rəssamlar Birliyində təşkil olunan tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Ülviyyə Həmzəyeva açaraq bildirib ki, sərgi, yalnız rəssamın estetik dünyasını deyil, həm də onun daxili aləmindəki ən dərin hissləri və təcrübələri özündə əks etdirir. Mənsur Əsgərli, müasir Azərbaycan rəssamlığında özünəməxsus mövqe tutan rəssamdır. Onun əsərləri hisslərin və düşüncələrin təcəssümünün bariz nümunəsidir. Sərgidə təqdim olunan əsərlər, rəssamın həyat təcrübəsinin formal ifadəsidir.

Sərginin müəllifi Mənsur Əsgərli çıxış edərək qeyd etdi ki, bu sərgi mənim üçün yalnız sənət əsərlərini yalnız təqdim etmək deyil, eyni zamanda daxili aləmin, hisslərin və yaddaşın mürəkkəb dünyasını kəşf etmək və paylaşmaq üçün imkan yaratdı. Hər bir rəsm əsəri, şəxsi təcrübədən və daxili mübarizədən ilham alıb. Hisslərin, təcrübələrin və yaddaşın sənət vasitəsilə necə formalaşdığını izah etməyə çalışır. Hər bir insanın özünəxas yaddaşı var və bu yaddaşda hisslər müəyyən bir iz buraxır. Məqsəd isə bu hissləri rənglər və formalar vasitəsilə izləyicilərə çatdırmaqdır.

Daha sonra rəssam Cavid İsmayılov, Qəhrəman Tağıyev, İsmayıl Ağayev və başqaları çıxış edərək əsərlərin mənaları, yaradıcı prosesləri və hisslərin necə təsvir olunduğu ilə bağlı çıxışlar etdilər.

Tədbr, qonaqların sərgiyə baxışı ilə yekunlaşıb. Xatırladaq ki, sərgi “Konstutisiya və Suverenlik” ilinə həsr olunub.

Səma Hüseynli

Naxçıvan Televiziyasının redaktoru

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: