Latviyanın “Eurovision” yarışmasındakı təmsilçisi məlum olub. May ayında İsraildə keçiriləcək müsabiqədə ölkəni “Carousel” qrupu təmsil edəcək.
NUHÇIXAN xəbər verir ki, Riqa kinostudiyasında keçirilən seçmələrdə 8 namizəd yarışıb. Tamaşaçıların səsverməsi ilə seçilən “Carousel” qrupu “That Night” mahnısını ifa edəcək.
Estoniyanın da təmsilçisi bəllidir. Bu, “Storm” mahnısını ifa edəcək isveç müğənnisi Viktor Krondur.