Naxçıvan Dövlət Uşaq Filarmoniyası Qıvraqda konsert verib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblının, vokal və rəqs qruplarının Kəngərli Rayon Mədəniyyət Sarayında muxtar respublikanın 95 illik yubileyinə həsr edilən konserti olub.
Konsertdən əvvəl muxtar respublikada uşaqların sağlam mühitdə böyümələri və təhsil almaları üçün yaradılan şərait, istedadlı uşaqların aşkara çıxarılması ilə yanaşı gənc nəslin asudə vaxtının səmərəli təşkil olunması qeyd edilib.
Vurğulanıb ki, Naxçıvan Dövlət Uşaq Filarmoniyası Muxtar Respublika Ali Məclisi Sədrinin Sərəncamı ilə 2010-cu ildə yaradılıb. Filarmoniyada uşaqlardan ibarət xalq çalğı alətləri ansamblı, kamera ansamblı, muğam və xor kollektivləri, vokal və rəqs qrupları fəaliyyət göstərir. Gənc istedadların vaxtaşırı konsertləri təşkil edilir, müxtəlif tədbirlər həyata keçirilir.
Konsertdə Xalq Çalğı Alətləri Ansamblı “Mahur rəngi” ifa edib, Filarmoniyanın solistləri Təyyar Mədədli, Mətləb Şirinzadənin ifasında Ələkbər Tağıyevin və digərlərinin ifasında muğamlar və vətənpərvərlik mövzusunda oxunan mahnılar alqışlarla qarşılanıb.
Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs qrupunun ifasında “Tərəkəmə”, “Naz eləmə” rəqsləri ifa olunub.
Əli Rzayev