NUHÇIXAN xəbər verir ki, Şərur Rayon Mədəniyyət Sarayında Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının konserti olub. Konsert Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr edilib.
Konsertdən əvvəl bildirilib ki, muxtar respublikada musiqi sənətinin formalaşmasında ansamblın böyük xidmətləri olub. Bu gün böyük bir kollektivi birləşdirən ansambl muxtar respublikanın mədəni həyatında fəal iştirak edir. Tez-tez muxtar respublikanın rayon mərkəzlərində, kənd yaşayış məntəqələrində qastrolda olan ansambl öz zəngin repertuarı ilə musiqimizi və rəqslərimizi təbliğ edir. Ansamblın bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Zeynalabdin Babayev, baletmeysteri isə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Tamerlan Bağırovdur.
Sonra Mahnı və Rəqs Ansamblı geniş konsert proqramı ilə çıxış edib. Ansamblın üzvlərinin ifasında xalq və bəstəkar mahnıları təqdim olunub.