Heydər Əliyev Muzeyi-20 - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin yaradılmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə yaradılıb. Bu Sərəncam Heydər Əliyev şəxsiyyətinə olan sonsuz ehtiram və məhəbbətin bariz nümunəsidir.

Ötən illər ərzində Heydər Əliyev Muzeyi ümummilli liderimizin həyat və fəaliyyət fəlsəfəsinin, elmi-nəzəri irsinin, azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması kimi missiyanı öz üzərinə götürüb və bu işi şərəflə yerinə yetirir.

Vurğulanıb ki, 20 il ərzində Heydər Əliyev Muzeyinin maddi-texniki bazası möhkəmləndirilib, internet saytı fəaliyyətə başlayıb.

Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Ali Məclisin deputatı Anar İbrahimov “Heydər Əliyev: siyasi irsi və müasir Azərbaycan” mövzusunda çıxış edərək bildirib ki, ümummilli lider həmişə Azərbaycanı düşünüb, onun taleyi ilə yaşayıb, doğma Vətəninin dünyada tanıdılması üçün müstəsna xidmətlər göstərib. Ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyətindən söhbət açan Anar İbrahimov ümummilli liderin siyasi irsindən ətraflı bəhs edib.

“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında gənclərə göstərilən qayğıdan danışıb.

Heydər Əliyev Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev “Heydər Əliyev Muzeyi 20 ildə” mövzusundakı çıxışında bildirib ki, muxtar respublikamızda keçirilən dövlət tədbirlərində insanların Ümummilli liderimizin muzey önündə ucalan əzəmətli abidəsini və Heydər Əliyev Muzeyini ehtiramla ziyarət etmələri Ulu öndərin şəxsiyyətinə və dühasına sonsuz sevginin və ehtiramın ifadəsidir.

Sonda muzeyin ekspozisiyasına baxış olub.

 

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: