Naxçıvanda mədəniyyət müəssisələri üçün 26 adda musiqi aləti alınacaq

A- A A+

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər planında öz əksini tapmış layihələrin, habelə investisiya layihələrinin Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən diqqətdə saxlanılır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, belə ki, “Naxçıvan Muxtar Respublikasının sosial- iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən aparılan işlər davam etdirilir.

Qeyd edək ki, "Dövlət Proqramı" çərçivəsində görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət teatr və konsert müəssisələrinin, uşaq musiqi məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi, tələbatın müasir standartlara uyğun qurulması məqsədi ilə 26 adda musiqi alətlərinin alınması üçün müqavilə bağlanılıb .

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: