Türkiyəli tanınmış musiqiçi vəfat edib

A- A A+

Türkiyəli musiqiçi Edip Akbayram vəfat edib. O, uzun müddət xəstəxanada müalicə olunurdu.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin İstanbul İdarəsinin rəisi Abdullah Emre Güner sosial şəbəkədə bildirib.

“Ölkəmizin dəyərli sənətçilərindən olan Edip Akbayram təxminən 2 aydır müalicə aldığı Haydarpaşa Nümunə Təhsil və Araşdırma Xəstəxanamızda bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirdi”, – o qeyd edib.

“Yeniçağ” qəzetinə görə, 74 yaşlı Edip Akbayram pnevmoniya müalicəsindən sonra yaranmış daxili qanaxma səbəbindən reanimasiyada olduğu müddətdə həyatını itirib.

Qeyd edək ki, Akbayram 1950-ci il dekabrın 29-da Qaziantepdə doğulub. O, türk rok və Anadolu pop musiqisinin ən önəmli fiqurlarından biri sayılır. Ötən əsrin 70-ci illərində musiqiçi karyerasına başlayan Akbayram Anadolu rok janrında, türk xalq melodiyalarını rok və psixodelik musiqi elementləri ilə birləşdirərək məşhurlaşıb. Onun “Gün Ola Devran Döne” və “Deniz Üstü Köpürür” kimi əsərləri 1974-cü ildə ona ün qazandırıb.

Edip Akbayramın mahnılarında sosial-siyasi mövzular tez-tez yer alırdı və onun əsərləri sol qanadlı musiqi pərəstişkarları arasında böyük dəstək qazanıb. O, 1980-1990-cı illərdə də musiqi karyerasını davam etdirib və bir çox albomlar buraxıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: