NUHÇIXAN xəbər verir ki, Şərur rayonunda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Şərur Rayon Mədəniyyət Şöbəsinin müdiri Həsən Seyidov qeyd edib ki, bu il Azərbaycan xalqının qüdrətli söz ustadlarından olan mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illiyi tamam olur. Bununla bağlı 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilib. Qeyd olunub ki, Nəsiminin əsərləri dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutub. Şairin şeir və qəzəlləri bu gün də ədəbi irs kimi qorunub saxlanılır, gənclərə aşılanır.
Digər çıxış edənlər isə böyük Azərbaycan şairinin yaradıcılığında Azərbaycan dilinin məna imkanlarının dolğunluğundan və rəngarəngliyindən danışıblar.
Sonra İmadəddin Nəsiminin qəzəlləri bədii qiraət edilib, “Nəsimi” bədii filimi nümayiş olunub.