Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümü ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti Mədəniyyət Nazirliyi ilə birgə ədibin “Solğun Çiçəklər” pyesini ekranlaşdırır.
Şirkətdən NUHÇIXAN-a bildiriblər ki, peşəkar heyət tərəfindən müasir dövrə adaptasiya edilərək hazırlanan və 8 bölümdən ibarət ekran işi həftədə bir dəfə İctimai Televiziyanın efirində filmsevərlərə təqdim olunacaq.
Mart ayında ekrana çıxarılacaq filmin ssenari müəllifləri Xəyyam Abdullayev, Reyhan İsayeva, quruluşçu rejissorları Xəyyam Abdullayev, Elməddin Alıyev, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Aydın Əsgərov, prodüseri Yalçın Verdiyev, baş prodüseri isə Balakişi Qasımovdur.
Rollarda Xalq artisti Elxan Qasımov, Nigar Güləhmədova, Həsənağa Məmmədov, Aynişan Quliyeva və başqaları yer alacaqlar.