Yunan adasında 2700 il əvvələ aid teatrın qalıqları tapılıb

A- A A+

Arxeoloqlar Yunanıstanın Lefkada adasında uzun müddət naməlum qalan qədim yunan teatrının qalıqlarını aşkar ediblər. Koulmos təpəsində 2015-ci ildə başlanan qazıntılar sıra oturacaqları olan amfiteatrın, orkestr platformasının və səhnə üçün dayaq divarlarının mövcudluğunu təsdiqləyib.

NUHÇIXAN Yunanıstan mediasına istinadla xəbər verir ki, qazıntılar zamanı 21 cərgə oturacaqdan ibarət kavea (auditoriya) aşkar edilib. Ehtimal olunur ki, o, üfüqi keçid - diazoma ilə ayrılıb və üzərində daha üç sıra olub. Arxeoloqlar kaveanın yan divarlarını da tapıblar, onların arasındakı məsafə 20 ilə 28 metr arasındadır. Teatrın tikintisi yarımçıq görünsə də, tədqiqatçılar onun 3500-ə yaxın tamaşaçı tuta biləcəyini hesab edirlər. Tikinti başa çatsaydı, teatrın tutumu 10.000-11.000 nəfərə çatacaqdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: