Naxçıvan televiziyasının gənc əməkdaşı yaradıcılıq müsabiqəsində iştirak edib - FOTOLAR - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin gənc rejissoru Vüqar Mehdiyev  “İstedad sorağında-3” müsabiqəsinin diplomu ilə təltif edilib.

Müsabiqəyə  250-ə yaxın həvəskar rəssam 400-dən  çox əsər ilə qatılıb. Yekun sərgidə isə  60-a yaxın iştirakçının 70 əsəri nümayiş olunub. Gənc əməkdaşımız da yekun sərginin iştirakçısı olub.

Qeyd edək ki, “İstedad sorağında-3” yaradıcılıq  müsabiqəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və bir sıra media orqanlarının informasiya  dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Müsabiqə 16-29 yaş qrupu arasında gənclər və tələbələr, eləcə də həvəskar rəssamlar arasında təsviri sənət üzrə keçirilib. Məqsəd istedadlı gənclərin üzə çıxarılması, yaradıcılığının dəstəklənməsi, yüksək sənət meyarlarına cavab verən yeni təsviri sənət əsərlərinin yaradılmasıdır. Qaliblər təşkilatçıların diplom və hədiyyələri ilə təltif olunublar.

Adilə Səfərova

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: