Orxan Fikrətoğlu Kino Agentliyindəki vəzifəsindən azad edilib, mədəniyyət nazirinin müşaviri təyin olunub
Orxan Fikrətoğlu Kino Agentliyinin direktorunun müşaviri (direktor vəzifələrini icra edən) vəzifəsindən azad edilib, mədəniyyət nazirinin müşaviri təyin olunub.
Bu barədə NUHÇIXAN-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə Əməkdar incəsənət xadimi, yazıçı, publisist Orxan Fikrətoğlu (Orxan Sadıqov) təyinat alıb.
O, Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri üzrə bir neçə vacib sahənin koordinasiyasını həyata keçirəcək.
Qeyd edək ki, Orxan Fikrətoğlu uzun müddət müxtəlif media orqanlarında və bir sıra qurumlarda fəaliyyət göstərib.
Bu təyinatadək Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikası Kino Agentliyinin baş direktorun səlahiyyətlərini müvəqqəti icra edib.