Naxçıvanda Uşaq İncəsənət Festivalının 1-ci seçim turu başlayıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, aprelin 23-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Uşaq İncəsənət Festivalı – 2025" çərçivəsində birinci seçim turuna Naxçıvanda start verilib.
Əvvəlcə münsiflər heyəti və festival iştirakçıları Heydər Əliyev Muzeyini ziyarət edərək muzeyin ekspozisiyası ilə tanış olublar.
Daha sonra Naxçıvan Şəhər Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində fortepiano nominasiyası üzrə seçim turuna başlanılıb.
Qeyd edək ki, festival istedadlı uşaqları kəşf etmək, onların yaradıcılığını ön plana çıxarmaq, milli mədəniyyətə olan sevgini gücləndirərək zəngin mədəni irsimizi gələcək nəsilə ötürmək məqsədilə təşkil olunub.
Festivalda iştirak üçün muxtar respublikas üzrə 1000 nəfərdən çox namizəd qeydə alınıb.Onlardan 663 nəfəri Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən musiqi təhsili müəssisələrinin şagirdidir.