“Keçmişin sədası gələcəyin əmanəti-xalq yaradıcılığı” ədəbi ssenari müsabiqəsi elan edilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin və Naxçıvan Dövlət Film Fonudunun təşkilatçılığı ilə “Keçmişin sədası gələcəyin əmanəti-xalq yaradıcılığı” ədəbi ssenari müsabiqəsi elan edilib.

Ədəbi ssenari müsabiqəsinin məqsədi xalqımızın qeyr-maddi mədəni irs nümunələrinin araşdırılması, toplanması və təbliği, eyni zamanda qeyri-maddi mədəni irsin və onun qorunmasının əhəmiyyətinin, xüsusilə gənclər arasında daha dərindən qavranılmasının təbliğini yaratmaqdır.

Müsabiqədə iştirak etmək üçün yaş həddi yoxdur. Müsabiqənin şərtlərinə görə, təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, satılmamalı və çəkiliş dövründə olmamalıdır.

Ssenari orijinal və ekranlaşdırılmamış olmalıdır. Buna görə müəllif birbaşa məsuliyyət daşıyır.

Ssenarilər müsabiqəyə 20 səhifədən çox olmamaq şərti ilə üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda təqdim olunmalıdır. Şrift Courier New, ölçü 12 tələb olunur. Çap olunmuş ssenarilərdə müəllifin ad və soyadı qeyd olunmamalıdır. Hər bir müəllif 3 (üç) ssenaridən artıq təqdim edə bilməz. Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.

Ssenarilər 22 sentyabr 2025-ci il tarixədək Naxçıvan Dövlət Film Fondunda qəbul olunur (ünvan: Naxçıvan şəh. Heydər Əliyev pr.1, Heydər Əliyev Sarayı. Tel: 544-50-86. Elektron poçt: [email protected]).

Müsabiqəyə 28 aprel 2025-ci il tarixdən başlanacaq və 1 oktyabr 2025-ci il tarixdə yekun vurulacaq.

Müsabiqəyə təqdim olunmuş filmlər Münsiflər Heyəti tərəfindən 10 (on) ballıq sistemlə qiymətləndirilir.

Mükafatlandırma mərasimi 1 oktyabr 2025-ci il tarixdə keçiriləcəkdir.

Ən yüksək bal toplayan ilk 3 (üç) ssenari müsabiqəni keçirən təşkilatların diplom və pul mükafatı ilə təltif olunurlar.

Hər qalib ssenari üçün 1000 (min) manat məbləğində mükafat fondu nəzərdə tutulur.

Qaliblər, həmçinin münsiflər heyəti tərəfindən xüsusi fərqləndirilən ssenarilər  "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ekranlaşdırılacaq və yayımlanacaqdır və bu hüquq , "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə aiddir.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: