Bakıda Beynəlxalq Xalça Festivalı keçirilir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, festival "Azərxalça" ASC və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun dəstəyi ilə keçirilir.
Beynəlxalq Xalça Festivalının əsas məqsədi Azərbaycanın xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir.
Festival bu gün və sabah İçərişəhərin tarixi küçələrində davam edəcək. Qədim karvansaraylar və meydanlarda xalça sərgiləri, ustad dərsləri, interaktiv teatr tamaşaları və musiqili tədbirlər təşkil ediləcək.
Açılış mərasimində təşkilatçı qurumların - “İçərişəhər” DTMQİ-nin, Azərxalça ASC-nin və AZPOMO-nun rəhbərlikləri, bir çox Dövlət rəsmiləri, tanınmış şəxslər, sənət adamları iştirak edir.
14 bölgədən gələn xalçaçılar, həmçinin Türkiyə, İran, Qazaxıstan, Pakistan, Tatarıstan, Özbəkistan və bir çox digər ölkələrdən xalçaçılar, istehlakçılar, sənət adamları iştirak edirlər.