Prezident İlham Əliyev mayın 8-də "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında" Sərəncam imzalayıb.
NUHÇIXAN xəbər verir ki, Prezident mükafatlarına layiq görülənlər arasında Naxçıvan Muxtar Respublikasının incəsənət xadimləri də vardır.
Prezidentin Sərəncamı ilə Nəsirli Uğur Asif oğlu, Mehdiyev Məmməd Müşfiq oğlu, Əkbərov Mir Qabil Qafil oğlu, Bayramov Səyyad Məmiş oğlu, Eyvazov Anar Əli oğlu, Süleymanov Süleyman İman oğlu, Həsənzadə Tuncay Ayaz oğlu, Quliyeva Yaqut Abbasqulu qızı, Qasımov Sahil Ələkbər oğlu və Nağıyev Elçin Nağı oğluna Prezident mükafatları verilib.
Qeyd edək ki, həmin şəxslər səhnə fəaliyyəti ilə bağlı Prezident mükafatına layiq görülüblər.